Dünya futbolu
Piolinin təəssüfü: “Bu, olmamalıydı”
“Milan”ın baş məşqçisi Stefano Pioli dünənki matçı dəyərləndirib. O, “Roma” ilə ev matçında itirdikləri xalların önəmindən danışıb.
Futbolinfo.az xəbər verir ki, son çempion 2:0 hesabıyla üstün olduqları qarşılaşmanın son 7 dəqiqəsində qələbəni əldən verib: “Hədəfimiz fərqli idi. Əla oynadığımız matçda qələbə qazanmadığımız üçün üzgünük. İki standart vəziyyətdən sonra qol buraxdıq – bu, olmamalıydı. Əla oynayırdıq, qalib gəlmək haqqımız idi, nə yazıq ki, özümüzə problem yaratdıq”.
Pioli büdrəmələrinin heç nəyi dəyişmədiyini bildirib: “Komandaya eyni şəkildə oynamağı tövsiyə edəcəm. Amma oyun bəzən 95-ci dəqiqəyə kimi davam edir və bunu diqqətə almalıyıq. Futbolçular matçın 2:1 hesabıyla bitəcəyinə tez inandılar. Əla hazırlaşmışdıq, nəzarət bizdə idi, istədiyimiz qolları vurmuşduq. Son dəqiqələrdə diqqətli olmadıq və dərs aldıq”.
Məşqçi lider “Napoli”dən danışmaq istəməyib: “Neapollularla xal fərqinin artmasına baxmıram. Bizi öz oyunumuz maraqlandırır. Heç-heçə planlarımıza daxil deyildi. Bundan sonra daha yaxşı olmalıyıq”.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Milli komanda2024-04-22 13:46
Fişer: “AFFA-dan təklif almamışam”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…