Ölkə futbolu
“Pley-offa layiq komandayıq” – Qara Qarayev
“Qarabağ”ın yarımmüdafiəçisi Qara Qarayev Avropa Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində Fransanın “Nant” komandasına qarşı keçirdikləri oyunu şərh edib.
Futbolinfo.az xəbər verir ki, o, 1:2 hesabıyla uduzduqları matçdan sonra “CBC Sport”a açıqlamasında bunları söyləyib:
“Matça yaxşı hazırlaşmışdıq. Hesab fərqli ola bilərdi. Amma futbol belədir. Bəzən 90 dəqiqə üzülürsən, son dəqiqə qolu ilə gülürsən. Bəlkə də hesab bizə arxayınlıq verdi. Amma hələ heç nə itirilməyib”.
Bu oyunda zədələnən və erkən əvəzlənən “Qarabağ”ın kapitanı bu barədə də məlumat verib. O, zədəsinin ciddi olmadığını söyləyib. Təcrübəli oyunçu bildirib ki, oynamağa davam etsəydi, vəziyyəti ağırlaşa bilərdi: “Qaçmağıma mane olan zədə idi”.
Qarayev Bakıda Almaniya “Frayburq”una qarşı keçirəcəkləri sonuncu tur oyununa da toxunub: “Bu görüş haqqında danışmaq çətindir. Rəqibin üstün tərəflərini bilirik. Amma proqnoz verməyi özümə rəva bilmirəm. Matça ən yaxşı şəkildə hazırlaşacağıq. Biz pley-offa layiq komandayıq”.
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Milli komanda2024-04-12 18:00
Millinin Gürcüstanla oyunlar üçün heyəti açıqlandı
- Premyer-liqa2024-04-13 20:52
“Neftçi” “Araz-Naxçıvan”ı darmadağınla yola saldı