Dünya futbolu
Pol Poqba 315 gündən sonra qayıtdı
Uzun müddətdir zədədən əziyyət çəkən “Yuventus”un yarımmüdafiəçisi Pol Poqba nəhayət ki, sıraya dönüb.
Futbolinfo.az xəbər verir ki, fransalı yarımmüdafiəçi A Seriyasının 24-cü turu çərçivəsində ötən gecə baş tutan “Torino” ilə matçın iştirakçısı olub.
O, 4:2 hesabıyla qalib gəldikləri bu matçın 68-ci dəqiqəsində meydana daxil olub. Beləliklə, Poqba 315 günlük fasilədə sonra oyuna çıxıb.
Xatırladaq ki, Poqba sonuncu dəfə 2022-ci ilin aprel ayında – “Mançester Yunayted”də çıxış edərkən “Liverpul”la görüşdə meydana çıxmışdı. Yayda azad agent kimi Turin klubuna keçən futbolçu müxtəlif zədələrə görə indiyədək heç bir oyunda iştirak etməmişdi.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- Premyer-liqa2024-04-30 09:30
“Yalnız birlikdə olaraq uğurlar qazana bilərik” – Ozobiç
- I Liqa2024-04-30 14:45
“Araz Saatlı”nın məşqçisinə 2 oyunluq cəza