Bizi izləyin

Ölkə futbolu

Ponomaryovun “Sabah”ı – 6 qol, 6 xal

blank
blank

“Sabah” bəlkə də yeni baş məşqçini təyin etməyə tələsdi. Nəticələr əladı, Ramin Quliyev gedəni qələbləri sıralayırlar. İdman direktoru İqor Ponomaryov əvəzedici kimi daha yaxşı işləyir, komandanın hesabına yazılan 7 xaldan 6-nın memarıdı.

Bugündən Murad Musayev fəaliyyətə başlayır. Yeni təyin olunan rusiyalı yəqin ki, oyun sisteminə əl gəzdirəcək, heyətdə müəyyən dəyişikliklər edəcək. Beləsə işlər relsə düşmüşkən yenə nələrsə başqa cür olacaq. Amma rəhbərlik qərarını verib, müvəqqəti baş məşqçiylə davam etmək də mümkün deyil, Musayevin sərgüzəştləri başlayır. Bu təyinatın nə qədər uğuru olacağını zaman göstərəcək.

9-cu turun dünən baş tutan ilk oyununda turnir vəziyyətinə görə favorit “Qəbələ” idi. Amma heyətdəki itkilər üzündən bölgə təmsilçisi çətin duruma düşmüşdü, bu da “Sabah”ı önə çıxarmışdı. Bakılılar əla fürsəti qaçırmadı.

Əslində, meydan sahibləri oyuna yaxşı başlamışdı. Heyətdəki itkilərə baxmayaraq, əla start götürən “Qəbələ” 5-ci dəqiqənin tamamına kimi Fernan Lopesin ifasında 2 yüzfaizli şansı boşa verdi. Belədə özünə gələn qonaqlar təşəbbüsü ələ aldı və tezliklə hesabı açdı. “Sabah” ilk qola görə rəqib qapıçıya da minnətdar olmalıdı. Məhz dünənki rəqibindən icarəyə götürülən Nicat Mehbalıyevin kobud səhvindən sonra hesab açıldı, hissə bitməmiş daha bir fərdi səhv növbəti qolla nəticələndi – bu dəfə heyət sıxıntısı üzündən məcburiyyətdən “11-liy”ə salınan Hüseyn Mürsəlov rəqibiylə mübarizədən məğlub ayrıldı.

“Sabah” ruhdan düşən “qırmızı-qaralar”ın dönüş yaratmasına imkan vermədi. Üstəlik, 63-cü dəqiqədə Aleksey İsayev baxımlı zərbəylə seçildi, ötən tur olduğu kimi, yenə məhsuldarlıqlarını 3 qolla ifadə etdilər. “Qəbələ”nin penaltidən vurduğu təsəlli qolu isə heç nəyi dəyişmədi. Komandaların turnir cədvəlindəki mövqeyi də olduğu kimi qaldı – meydan sahibləri 3-cü, “Sabah” sonuncu pillədədi.

Əvəzində “Sumqayıt”la “Səbail” yerini dəyişdi. “Kimyaçılar” 6 oyunluq fasilədən sonra qələbə qazandı və maraqlıdı ki, bunu yenə 2:0-la reallaşdırdı. Qol vurmaqla bağlı problem yaşayan meydan sahibləri cərimə zərbəsi ilə tilsimi qırdı, fasilədən sonra Səid Rza yeni klubunda qol hesabını açdı.

“Kimyaçılar”ın daha istəkli olması, daha əzmkar oynaması öz yerində, lakin hakim qərarlarına da diqqət yetirmək lazımdı. Ötən tur haqqı yeyilən sumqayıtlıların kəskin etirazları deyəsən, hakimlərin gözünü qorxutmuşdu. Hesab 0:0 olarkən Nikolas Rayselə qarşı kobudluqdan əvvəl ofsayd bayrağının qalxması, bu oyunçunun ikinci hissədə meydandan qovulması diqqətçəkən oldu. Həmin epizodların videotəkrarına baxmaqda fayda var.

Tur yekunlaşdı, daha bir heç-heçəsiz həftəni başa vurduq. “Neftçi”nin məğlubiyyətsiz, “Sumqayıt”ın qələbəsiz oyunları bitdi, turnir cədvəlində liderlər qrupuyla ikinci “dördlük” arasında xal fərqi 4-ə çatdı.

FƏRİD

Reklam
Şərh et

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Reklam


blank
Digər idman növləri2024-04-23 14:20

Meydançaya 1000-dən çox kepka atıldı

blank
Digər idman növləri2024-04-23 14:02

“Medison Skver Qarden” ən sevimli arena seçildi

blank
Digər idman növləri2024-04-23 13:47

Azərbaycan çempionatında ilk finalçı məlum oldu

blank
Dünya futbolu2024-04-23 13:33

Pioli “İnter”in gücünü etiraf etdi

blank
Digər idman növləri2024-04-23 13:16

Nadalın oyunu tarixə düşəcək

blank
Dünya futbolu2024-04-23 13:01

Martines 2029-cu ilədək “İnter”də qalacaq

blank
Ölkə futbolu2024-04-23 12:48

Yapon futbolçu: “Avrokuboklara gedə bilərik”

blank
Ölkə futbolu2024-04-23 12:31

AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması

blank
Dünya futbolu2024-04-23 12:14

“Qəbələ”ni mübarizədən kənarlaşdırdılar, Avropanın ən güclüsü oldular

blank
Digər idman növləri2024-04-23 12:00

Ülviyyə Fətəliyevadan maksimum nəticə

blank
Ölkə futbolu2024-04-23 11:42

Amil yenə oynamayacaq

blank
Ölkə kuboku2024-04-23 11:25

“Qarabağ” – “Neftçi”: Biletlər bu gündən satışda olacaq

blank
Digər idman növləri2024-04-23 11:10

MBA-da seriyalarda fərq artdı

blank
Digər idman növləri2024-04-23 10:52

Cokoviç “Laureus” mükafatına layiq görüldü

blank
Dünya futbolu2024-04-23 10:34

İnzaqi Mourinyonu ötdü, ikisi qaldı

blank
Milli komanda2024-04-23 10:17

U-17-nin ilk oyunu

blank
Digər2024-04-23 10:00

MİSLİ ilə qazan!

blank
Digər idman növləri2024-04-23 09:45

Azərbaycan çempionatının qalibi müəyyənləşir

blank
Dünya futbolu2024-04-23 09:30

Gürcüstan ÇL-in finalına ev sahibliyi etmək istəyir

blank
I Liqa2024-04-23 08:52

“Karvan” növbəti oyuna hazırlaşır

blank
Ölkə futbolu2024-04-23 08:35

II Liqada 24-cü turun oyun cədvəli bəlli oldu

blank
Digər idman növləri2024-04-23 08:17

Azərbaycan parataekvondoçuları Qubada hazırlıq keçirlər

blank
Ölkə futbolu2024-04-23 08:00

“Səbail” “Sabah”a uduzsa…

blank
Dünya futbolu2024-04-23 01:26

“Sevilya”dan çətin qələbə

blank
Dünya futbolu2024-04-23 01:14

“İnter” – çempion!

blank
Dünya futbolu2024-04-23 00:15

Diniyevlə Şeydayev Türkiyədə qarşılaşdılar

blank
Dünya futbolu2024-04-23 00:04

“Fənərbaxça” “Sivasspor”la matçda xal itirdi

blank
Digər idman növləri2024-04-22 23:13

MEDİA sosial şəbəkə istifadəçilərinə müraciət edib

blank
Digər idman növləri2024-04-22 23:00

Azərbaycanın üç boksçusu AÇ-də günü qələbə ilə başa vurdu

blank
Digər idman növləri2024-04-22 22:36

AÇ: Azərbaycan paraüzgüçüsü gümüş medal qazandı

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm