Ölkə futbolu
Popov Musayev haqda: “Bu, onların layiq olduğu səviyyə deyil”
Rusiyalı futbol veteranı Aleksey Popov yerli klubların baş məşqçilərə olan münasibətindən danışıb.
Futbolinfo.az xəbər verir ki, “Amkar” və “Rubin”in sabiq müdafiəçisi Premyer Liqa təmsilçilərinin yerli mütəxəssislərə qədərindən çox hörmət göstərdiklərini düşünür.
Maraqlıdır ki, 45 yaşlı mütəxəssis lazımından çox dəyər görənlər sırasında “Sabah”ın baş məşqçisi Murad Musayevin də adını çəkib: “Rusiyada bütün gənc məşqçilərə həddən artıq qiymət verilir. Bu, onların layiq olduğu səviyyə deyil. Əvvəlcə özünə ad qazanmalısan, dərhal komandanı meydana buraxmamalısan. Məsələn, “Dinamo”dan Kirill Novikov, “Krasnodar”dan Murad Musayev və Aleksandr Storojuk. Premyer Liqada işləmək çətindir. Qaliblərin və ölkənin ən yaxşı oyunçularının mentalitetini başa düşmək lazımdır. Xüsusən də “dubl”dan gələn məşqçilər heç nəyə nail ola bilməyiblər. Onların hamısı elə bir vəziyyətdədir ki, həddindən artıq qiymətləndirilirlər”.
Qeyd edək ki, 40 yaşlı Murad Musayev 2018-2021-ci illərdə Rusiyada “Krasnodar”ı çalışdırıb.
- Milli komanda2024-05-03 08:00
Vay(ss) bizim halımıza?
- Premyer-liqa2024-05-04 21:21
“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə
- Ölkə futbolu2024-05-03 14:00
“Neftçi”nin riskli seçimi: lazımsız legionerlə 4 illik müqavilə bağlayırlar