Ölkə futbolu
Portuqaliyalı müdafiəçi Azərbaycandan təklif alıb
Portuqaliyalı futbolçu Pedro Miqel Ruas Maçado Azərbaycandan təklif alıb.
Futbolinfo.az xəbər verir ki, bu barədə 27 yaşlı mərkəz müdafiəçisi ölkəsinin mətbuatına açıqlamasında bildirib.
Maçado konkret hansı klubun onunla əlaqə saxladığını deməyib. Ancaq o, Azərbaycanla yanaşı, başqa ölkələrdən təkliflərinin olduğunu da vurğulayıb: “Portuqaliyada qalmağım istisna deyil. Ancaq gücümü göstərmək üçün ölkə xaricində çıxış etmək istəyirəm. Öz keyfiyyətimə bələdəm, istənilən komandaya xeyir verəcəyimə inanıram”.
Pedro Maçado 2023-cü ilin yayından klubsuzdur. Müdafiəçi son olaraq ötən mövsüm Portuqaliyanın “Setubal” komandasında oynayıb.
- Müsahibə2024-04-18 08:00
Rezabala avrokuboka vəsiqə istəyir: “Səhv etməyə ixtiyarımız yoxdur”
- Ölkə futbolu2024-04-19 08:52
Yüksək əmsal “Qarabağ”a əlavə üstünlük verir
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Ölkə futbolu2024-04-19 08:00
Juninyoya Niderlanddan da müştəri çıxdı