Dünya futbolu
Premyer Liqa klubları arasında növbəti fikir ayrılığı
Koronavirus pandemiyası səbəbiylə dayandırılan İngiltərə Premyer Liqası ilə bağlı yeni müzakirələr ortaya çıxıb.
Futbolinfo.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, Premyer Liqanın bəzi klubları cari mövsümün ləğv edilməsini və yenidən keçirilməsi ideyasını irəli sürüb. Çempionatla bağlı bir müddət əvvəl keçirilən iclasda, klublar mövsümün tamamlanmasına razılıq vermişdilər. Hazırkı vəziyyətdə bəzi klubların mövsümün ləğvini tələb etməsi komandalar arasında fikir ayrılığına səbəb olur. Premyer Liqada qərarın verilməsi üçün 20 klubdan 14-ü razılıq verməlidir.
Premyer Liqanın oyunları pandemiya səbəbiylə aprelin 30-dək təxirə salınıb. Çempionatın turnir cədvəlinə 82 xalla “Liverpul” başçılıq edir.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı