Dünya futbolu
Premyer Liqa klubundan La Liqa təmsilçisinə
İspaniyanın “Real Sosyedad” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Futbolinfo.az xəbər verir ki, La Liqa təmsilçisi İngiltərənin “Bornmut” klubunun müdafiəçisi Dieqo Rikonu transfer edib.
Bu barədə İspaniya klubunun rəsmi saytı məlumat yayıb. 28 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb.
Dieqo Riko 2018-ci ildən “Bornmut”da çıxış edirdi. O, ötən mövsüm Premyer Liqa təmsilçisinin heyətində 38 oyuna çıxıb, 1 qol vurub və 4 məhsuldar ötürmə müəllifi olub. İspaniyalı futbolçu əvvəllər ölkəsində “Saraqosa” və “Leqanes”də də çıxış edib.
- Milli komanda2024-05-03 08:00
Vay(ss) bizim halımıza?
- Ölkə futbolu2024-05-02 08:00
Bir aylıq istirahətin şərəfinə… Balaşın ariyası
- Müsahibə2024-05-02 15:51
Dodo “Qəbələ”yə kömək etmək istəyir: I Liqada da oynamağa hazırdır
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə