Dünya futbolu
Premyer Liqa tarixində rekord müqavilə
“Mançester Yunayted” “Adidas”la yeni, uzunmüddətli müqavilə imzalayıb.
Futbolinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Almaniya şirkəti 2035-ci ilə qədər “Mançester Yunayted”in təchizatçısı olaraq qalacaq.
Yeni müqaviləyə əsasən, klub “Adidas”dan ən azı 900 milyon funt-sterlinq alacaq. “Daily Mail” yazır ki, bu, Premyer Liqa tarixində rekord müqavilədir.
“Adidas”la əvvəlki müqaviləyə əsasən, klub ildə 75 milyon funt-sterlinq alıb. İndi bu məbləğ mövsüm başına 90 milyona yüksələcək.
Tərəflər əməkdaşlığa 2015/16 mövsümündən əvvəl başlayıb. Bundan əvvəl Amerikanın “Nike” şirkəti 13 il “qırmızı şeytanlar”a texniki sponsorluq edib.
- Milli komanda2024-05-03 08:00
Vay(ss) bizim halımıza?
- Premyer-liqa2024-05-04 21:21
“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə
- Digər idman növləri2024-05-03 13:25
Tanınmış idmançılarla – öncə master-klas, sonra birgə məşq