Ölkə futbolu
Premyer Liqada 25-ci qol
“Araz-Naxçıvan”ın futbolçusu Orxan Əliyev Azərbaycan çempionatlarında 25-ci qolunu vurub.
Futbolinfo.az xəbər verir ki, 29 yaşlı hücumçunun yubileyi Misli Premyer Liqasının 23-cü turuna təsadüf edib.
“Səbail”lə səfər görüşündə (2:2) dubla imza atan futbolçu öncə 25-ci, ardınca 26-cı qolunu vurub. O, çempionatda keçirdiyi 144-cü matçda “25”i keçib.
Əliyev bu qollarını üç klubda vurub. O, “Sumqayıt”da 14, “Araz-Naxçıvan”da 9, “Kəpəz”də 3 dəfə fərqlənib. Orxan Azərbaycan çempionatları tarixində ən azı 25 qol vuran 124-cü futbolçudur.
- Premyer-liqa2024-04-14 20:55
“Qarabağ” “Sabah”a uduzdu
- Premyer-liqa2024-04-14 22:16
“Bir rəqiblə 4 dəfə oynamaq bizim üçün maraqsızdır” – Qurbanov
- Ölkə futbolu2024-04-15 10:17
“Qarabağ” üçün daha iki potensial rəqib
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir