Premyer-liqa
Premyer Liqada 3-cü turun cəzaları açıqlandı
Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
Futbolinfo.az xəbər verir ki, iclasda Azərbaycan Premyer Liqasının 3-cü turunda baş vermiş qayda pozuntuları ilə bağlı aşağıdakı qərarlar verilib:
“Qəbələ” – “Keşlə” oyununda “Qəbələ” klubunun futbolçusu Nikolas Raysel qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur. “Keşlə” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur.
“Sumqayıt” – “Səbail” matçında oyunöncəsi yanğınsöndürən nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etmədiyi üçün meydan sahibi klub 400 manat cərimə olunur. Hər iki tərəfin 4 futbolçusu sarı ilə cəzalandırıldığı üçün hər iki klub 800 manat cərimə olunur.
“Zirə” – “Sabah” oyununda “Sabah” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Milli komanda2024-04-22 13:46
Fişer: “AFFA-dan təklif almamışam”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…