Premyer-liqa
Premyer Liqada 97-ci ölkədən legioner
Misli Premyer Liqasının 1-ci turu yeni legionerlərin debütü ilə əlamətdar olub
Futbolinfo.az xəbər verir ki, onlardan üçü öz ölkəsinin Azərbaycan çempionatındakı ilk təmsilçisi kimi tarixə düşüb.
Burundili Tresor Mossi “Sumqayıt”ın “Səbail”lə səfər oyununda (4:1) sonradan meydana çıxıb. Macarıstanlı Mark Tamaş “Neftçi” forması ilə “Kəpəz”ə (0:1), lüksemburqlu Vansan Till “Sabah”ın heyətində “Qəbələ”yə qarşı (5:0) matçda start heyətində yer alıb.
Cari mövsümə qədər Burundi, Macarıstan və Lüksemburqdan olan legionerlər Premyer Liqada meydana çıxmamışdı. Buna qədər 94 ölkədən olan əcnəbi futbolçular Azərbaycan çempionatında forma geyinib. Üç yeni ölkə ilə bu rəqəm 97-yə yüksəlib.
- Milli komanda2024-05-03 08:00
Vay(ss) bizim halımıza?
- Müsahibə2024-05-02 15:51
Dodo “Qəbələ”yə kömək etmək istəyir: I Liqada da oynamağa hazırdır
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə
- Digər idman növləri2024-05-03 13:25
Tanınmış idmançılarla – öncə master-klas, sonra birgə məşq