Dünya futbolu
Premyer Liqada fevralın ən yaxşısı bəlli oldu
Futbol üzrə İngiltərə Premyer Liqasında fevral ayının ən yaxşı oyunçusu müəyyənləşib.
Futbolinfo.az xəbər verir ki, “Mançester Siti”nin futbolçusu İlkay Gündoğan ötən ayın ən yaxşı futbolçusu elan olunub.
Bu barədə Premyer Liqanın rəsmi saytı məlumat yayıb. Türk əsilli almaniyalı yarımmüdafiəçi ötən ay Premyer Liqada 5 oyunda 4 qol vurub və 1 məhsuldar ötürmə edib.
Xatırladaq ki, İlkay Gündoğan yanvar ayında da Premyer Liqanın ən yaxşı oyunçusu seçilmişdi. Bunun nəticəsində 30 yaşlı yarımmüdafiəçi “Mançester Siti”də ardıcıl iki ayın ən yaxşısı elan edilən ilk futbolçuya çevrilib.
- Ölkə futbolu2024-05-10 08:00
“Yurqorden” Musa Qurbanlıya qiymət qoydu – 10 milyon kron
- Ölkə futbolu2024-05-10 09:21
“Əks təqdirdə fanatlar Şeydayevi qəbul etməyəcək”
- Dünya futbolu2024-05-10 16:37
AÇ-2024-ün rəsmi mahnısı təqdim edildi – VİDEO
- Ölkə futbolu2024-05-09 13:53
“Azərbaycanda həm yaxşı pul qazandım, həm də hörmət”