Bizi izləyin

Ölkə futbolu

Premyer Liqanın debütantları

blank
blank

Misli Premyer Liqasının cari mövsümündə indiyədək 8 futbolçu debüt edib. 6 komanda öz yetirmələri üçün debüt imkanı yaratdığı halda, digər klublarda bu hal müşahidə olunmayıb. “Qarabağ”, “Neftçi”, “Zirə” və “Qəbələ”də ölkə çempionatının 2023/2024 sezonunda hələ ki, heç bir oyunçu debütant adına yiyələnməyib.

“Qarabağ”a ağır məğlubiyyətdə üzə çıxan debütant

“Sumqayıt”ın baş məşqçisi Samir Abbasov bu mövsüm 1 futbolçuya Premyer Liqada ilk oyununa çıxmaq üçün şərait yaradıb. Söhbət Sənan Muradlıdan gedir. 2006-cı il yanvarın 4-də dünyaya göz açan Muradlı yarımmüdafiəçi mövqeyində çıxış edir.

2-ci turda ehtiyat oyunçular skamyasında əyləşən Sənan bir də bu şansı 10-cu turda əldə edib. Çempionatda debütü isə 16-cı tura təsadüf edib. “Sumqayıt”ın “Kapital Bank Arena”da “Qarabağ”a 1:6 hesabı ilə uduzduğu oyunda baş məşqçi Samir Abasov yetirməsinə debüt imkanı verib. Dekabrın 8-də baş tutan həmin görüşə çıxarkən Sənanın 18 yaşı hələ tamam olmamışdı. 86-cı dəqiqədə Roi Kehatı əvəzləyən Muradlı matça əlavə olunan 2 dəqiqəni də nəzərə alsaq, ümumilikdə 6 dəqiqə meydanda olub. Növbəti oyunlarda ehtiyatda qalan Sənana hələ ki ikinci dəfə ehtiyac duyulmayıb.

“Səbail”də yeni simalar

“Səbail”in çalışdırıcısı Şahin Diniyev cari mövsümdə 2 gənc futbolçuya ilk dəfə Premyer Liqada meydana ayaq basmaq imkanı yaradıb. Bunlar Taleh Qarayev və Ayaz Mikayılovdur.

2003-cü il oktyabrın 27-də anadan olan Taleh Qarayev XVI turda “Sabah”la görüşdə debüt edib. O, “dənizçilər”in 0:4 hesablı məğlubiyyəti ilə nəticələnən qarşılaşmanın 78-ci dəqiqəsində oyuna qoşulub və matça əlavə olunan vaxtları da nəzərə alsaq, ümumilikdə 15 dəqiqə meydanda olub.

23.03.2004 təvəllüdlü Ayaz Mikayılov isə 1 tur sonra, yəni XVII turda “Qəbələ” ilə qarşılaşmada debüt edib. O, “Səbail”in 3:0 hesablı qələbəsi ilə nəticələnən matçın 73-cü dəqiqəsində oyuna daxil olub və əlavə vaxtlarla birlikdə ümumilikdə 19 dəqiqə meydanda qalıb.

Sonrakı matçlarda bu futbolçular meydan üzü görməyiblər.

“Turan Tovuz”un da debütantı var

Premyer Liqanın cari mövsümündə gənc futbolçuya debüt imkanı yaradan məşqçilərin sırasında Ayxan Abbasov da var. Təcrübəli çalışdırıcı XI turda “Kəpəz”ə 4:0 hesabı ilə qalib gəldikləri oyunda bu addımı atıb. Həmin görüşdə tovuzluların oyunçusu Cavid Qasımov ilk dəfə yüksək dəstədə meydana çıxıb.

2005-ci il avqustun 30-da dünyaya göz açan Cavidin debütü 2023-cü il 28 oktyabr tarixinə təsadüf edib. 83-cü dəqiqədə Xəyal Nəcəfovu əvəzləyən Qasımov əlavə vaxtla birlikdə 10 dəqiqə meydanda olub. Hələlik Premyer Liqada ikinci oyununu keçirmək ona qismət olmayıb.

“Sabah”ın gerçəkləşən Xəyalı

“Sabah” da bu sezon Azərbaycan Premyer Liqasına yeni ad bəxş edib. Söhbət 18.02.2004 təvəllüdlü yarımmüdafiəçi Xəyal Əliyevdən gedir. Aleksey İsayevin “Qarabağ”a gedişi və idman direktoru İqor Ponomaryovun müvəqqəti olaraq baş məşqçi postuna keçidindən sonra Xəyal elitada debüt etmək şansı qazanıb. Onun üçün Misli Premyer Liqasının 21-ci turunda “Turan Tovuz”a qarşı matç (1:1) əlamətdar olub. 1:1 hesabı ilə nəticələnən qarşılaşmanın 64-cü dəqiqəsində Kahim Parrisi əvəzləyən Xəyal matça əlavə olunmuş dəqiqələri də əlavə etsək, ümumilikdə 30 dəqiqə meydanda olub.

Əliyev debüt etməklə yanaşı, növbəti görüşü keçirmək, üstəlik start heyətində yer almaq şansını da artıq əldə edib. Belə ki, XXIII turda “Sabah”ın “Kəpəz”ə 3:2 hesabı ilə qalib gəldiyi oyuna Xəyal ilk “11-lik”də çıxıb və 90+2-ci dəqiqədə yerini Tellur Mütəllimova verib. “Səbail”ə 0:2 hesabı ilə uduzduqları matça da Xəyal Əliyev start heyətdə başlayıb və 67 dəqiqə meydanda olub. Son turda daha 15 dəqiqə oynayan Xəyalın Premyer Liqada oyun praktikası 200 dəqiqəni keçib.

İlk turda debüt edən Bayraməli

Cari mövsümdə Premyer Liqada ən erkən debüt isə “Araz-Naxçıvan”da baş verib. İlk turda “Turan Tovuz”a 0:3 hesablı məğlubiyyətdə Naxçıvan klubunun futbolçusu Bayraməli Qurbanov yüksək dəstədə debüt etmək imkanı qazanıb. O, 85-ci dəqiqədə Nuno Rodriqesi əvəzləyib və görüşün əlavə vaxtı da daxil olmaqla, 10 dəqiqə meydanda olub. Sonrakı oyunlarda da meydanda görünən Bayraməli Premyer Liqada ümumilikdə 143 dəqiqə oynayıb.

Debütlə kifayətlənən və kifayətlənməyən “Kəpəz”lilər

“Kəpəz”in heyətində isə 2023/24 sezonunda 2 futbolçu Misli Premyer Liqasında debüt edib. Bunlar Cavad Kərimov və Nicat Verdiyevdir.

Cavadın debütü ilk turdaca baş verib. “Neftçi” ilə Gəncə şəhər stadionunda keçirilən qarşılaşmanın (1:0) 90+3-cü dəqiqəsində meydana ayaq basan Kərimov 4 dəqiqə oyunda olub. Sonrakı turlarda da meydan üzü görən Cavad Premyer Liqanın cari sezonunda ümumilikdə 15 matçda iştirak edib. Onun meydanda olduğu ümumi müddət 293 dəqiqədir.

Nicat Verdiyevin debütü isə 4-cü turda “Qarabağ”la səfər matçına (1:1) təsadüf edib. 90-cı dəqiqədə meydana buraxılan Verdiyev 4 dəqiqə oyunda olub. Həmin görüşdən sonra Nicata hələ ikinci şans verilməyib.

ABBAS

Reklam
Şərh et

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Reklam


blank
Dünya futbolu2024-04-15 02:08

“Sevilya”dan səfərdə inamlı qələbə

blank
Dünya futbolu2024-04-15 01:55

“İnter” və “Napoli”dən xal itkisi

blank
Dünya futbolu2024-04-15 01:38

“Brest” Liondan xalsız qayıtdı

blank
Dünya futbolu2024-04-15 01:19

“Liverpul” da uduzdu, “Arsenal” da

blank
Dünya futbolu2024-04-15 01:02

Həsənalızadənin komandası evdə xal itirdi

blank
Dünya futbolu2024-04-15 00:50

Şeydayevin hesabı açdığı oyunda “Kocaelispor” qalib gəldi

blank
Dünya futbolu2024-04-15 00:37

“Fənərbaxça” qalib gəldi, Renatın komandası darmadağına üzüldü

blank
Dünya futbolu2024-04-15 00:09

“Bayer” çempionluğu rəsmiləşdirdi

blank
Milli komanda2024-04-14 23:39

“Bu cür oyunları çox keçirməliyik ki, uşaqlar inkişaf etsinlər”

blank
Milli komanda2024-04-14 23:04

Millimiz Gürcüstan yığmasına məğlub oldu

blank
Premyer-liqa2024-04-14 22:43

“Sabah” “Qarabağ”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2024-04-14 22:16

“Bir rəqiblə 4 dəfə oynamaq bizim üçün maraqsızdır” – Qurbanov

blank
Digər idman növləri2024-04-14 22:07

Monte-Karloda çempion məlum oldu

blank
Premyer-liqa2024-04-14 21:59

“Qarabağ”ı udmağa görə 6 xal vermirlər” – Renduliç

blank
Digər idman növləri2024-04-14 21:25

Cüdoçularımız Berlin Avropa Kubokunda birinci yeri tutdu

blank
Digər idman növləri2024-04-14 21:09

Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu

blank
Premyer-liqa2024-04-14 20:55

“Qarabağ” “Sabah”a uduzdu

blank
Digər idman növləri2024-04-14 20:22

Boksçumuz Avropa çempionu oldu

blank
Premyer-liqa2024-04-14 20:03

“İkinci hissədə komandam xarakter göstərdi” – Diniyev

blank
Premyer-liqa2024-04-14 19:44

“Səbail” – “Kəpəz” matçında 6 qol – VİDEO

blank
Premyer-liqa2024-04-14 19:22

“Yaxşı oyunla azarkeşlərimizi sevindirə bildik” – Adil Şükürov

blank
Əvəzedicilər2024-04-14 19:10

“Neftçi”nin əvəzedicilərindən 8 cavabsız qol

blank
Premyer-liqa2024-04-14 18:28

“Səbail” – “Kəpəz” matçında məhsuldar heç-heçə

blank
Premyer-liqa2024-04-14 16:56

“Kəpəz”in futbolçusu mükafatlandırıldı

blank
Ölkə futbolu2024-04-14 16:03

“Göygöl”ün növbəti tur hazırlığı – VİDEO

blank
Ölkə futbolu2024-04-14 15:28

Daha dörd komandaya texniki məğlubiyyət verildi

blank
Digər idman növləri2024-04-14 14:59

Millimiz Paris-2024 Yay Olimliya Oyunlarına lisenziya qazandı

blank
Digər idman növləri2024-04-14 14:21

Jaber və Sobolenko futbol matçında

blank
Digər idman növləri2024-04-14 14:00

MHL-də ilk cütlük bəlli oldu

blank
Digər idman növləri2024-04-14 13:42

MBA-da müntəzəm çempionatın sonu

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm