Digər
Prezident olmaq üçün prezidentlikdən getdi
Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov vəzifəsindən istefa verib.
Futbolinfo.az saytı xəbər verir ki, o, Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Assosiasiyasının (IBSA) prezidenti seçilmək üçün bu addımı atdığını açıqlayıb. IBSA-nın hazırkı vitse-prezidenti iyunun 30-da Portuqaliyada qurumun növbədənkənar Baş Assambleyasında prezident seçilə bilər.
Rəhimov əlavə edib ki, Assambleyada yeni İdarə Heyəti seçiləcək: “Mən IBSA-nın prezidentliyinə namizədliyimi irəli sürmüşəm və seçildiyim təqdirdə fəaliyyətimi bu dünya təşkilatında islahatlara və dəyişikliklərə həsr etmək istəyirəm. IBSA-da dəyişikliklər üçün platformamı həyata keçirə bilmək və maraqların toqquşması kimi mənfi nəticələrin qarşısını almaq üçün Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti vəzifəsindən istefa verirəm. İşimdə mənə kömək və dəstək olan hər kəsə təşəkkür edirəm. Bütün məşqçilərə və idmançılara fədakar əməklərinə görə təşəkkür edirəm. Daim göstərilən diqqət və qayğıya görə bütün dövlət qurumlarına təşəkkür edirəm. Ən əsası, bu illər ərzində mənə göstərilən etimada görə cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür edirəm. Söz verirəm ki, bu mötəbər dünya idman təşkilatının rəhbərliyində doğma Azərbaycanımı layiqincə təmsil edəcəyəm”.
İyulun 7-də Azərbaycan Milli Paralimpiya Komitəsinin növbədənkənar hesabat-seçki konfransını keçiriləcək.
- Milli komanda2024-05-08 12:17
Millimizin gələcək baş məşqçisi Bakıya gəlir
- Digər idman növləri2024-05-06 17:45
AVF rəhbərliyi Antalyada milli üzvləri ilə görüşdü
- Milli komanda2024-05-07 14:20
Kunts – AFFA-nın, yoxsa Nəsirovun namizədi?
- Ölkə futbolu2024-05-07 08:00
“Qəbələ”nin arxadan atdığı daş… “Səbail”ə dəydi