Dünya futbolu
PSJ-də Mbappe şoku – ÇL matçını buraxa bilər
PSJ-nin hücumçusu Kilian Mbappe Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk matçını – “Bayern”lə ev oyununu buraxa bilər.
Futbolinfo.az xəbər verir ki, ulduz futbolçu “Monpelye”yə qarşı Liqa 1 qarşılaşmasında (3:1) dizindən xəsarət alıb.
Həmin görüşün 20-ci dəqiqəsində əvəzlənən Mbappe ilkin ehtimallara görə, 2 həftə yaşıl meydanlardan kənarda qalacaq.
Xatırladaq ki, PSJ – “Bayern” oyunu fevralın 14-də keçiriləcək.