Dünya futbolu
PSJ-də Neymar şoku
PSJ-nin hücumçusu Neymar Liqa 1-in 24-cü turu çərçivəsində baş tutan “Lill” ilə ev oyununda sıradan çıxıb.
Futbolinfo.az xəbər verir ki, görüşün 51-ci dəqiqəsində topuğu burxulan braziliyalı ulduz matça davam edə bilməyib.
Bu üzdən də o, Huqo Ekitike ilə əvəzlənib. Meydanı xərəkdə tərk edən Neymarın hansı müddətə sıradan çıxdığı barədə hələlik məlumat yoxdur. Buna ətraflı müayinələrdən sonra aydınlıq gələcək.
Xatırladaq ki, komandasının “Lill”ə 4:3 hesabıyla qalib gəldiyi oyunda Neymar bir qol vurub, bir məhsuldar ötürmə müəllifi olub.
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-21 08:00
Andersonun dediyi kimi…