Dünya futbolu
PSJ Neymarı üç həftəlik itirdi
Braziliya millisinin və Fransa çempionu PSJ-nin hücumçusu Neymarın durumuna aydınlıq gəlib.
Futbolinfo.az xəbər verir ki, UEFA Çempionlar Liqasının qrup mərhələsinin ikinci turu çərçivəsində “Başakşəhər”lə Türkiyədəki matçda (2:0) zədələnən futbolçu tibbi müayinədən keçib.
Onun əzələsindən xəsarət aldığı aşkarlanıb. Neymar ən azı üç həftəlik yaşıl meydanlardan kənar qalacaq. O, milli komandaların oyunları ilə əlaqədar yaranacaq fasilədən sonra məşqlərə qatıla biləcək. Neymar Çempionlar Liqasının “Leypsiq”, Liqa 1-in “Nant” və “Renn”lə görüşlərini buraxacaq.
Qeyd edək ki, Neymar İstanbuldakı matçın 26-cı dəqiqəsində əvəzlənmişdi.
- Ölkə futbolu2024-05-10 08:00
“Yurqorden” Musa Qurbanlıya qiymət qoydu – 10 milyon kron
- Ölkə futbolu2024-05-10 09:21
“Əks təqdirdə fanatlar Şeydayevi qəbul etməyəcək”
- Dünya futbolu2024-05-10 16:37
AÇ-2024-ün rəsmi mahnısı təqdim edildi – VİDEO
- Ölkə futbolu2024-05-10 16:20
Kadinin meneceri: “Hələlik “Qarabağ”la danışmamışıq”