Dünya futbolu
PSJ-ni dayandıran tapıldı
Futbol üzrə Fransa çempionatında 9-cu tura yekun vurulub. Matc.az xəbər verir ki, turun əksər qarşılaşmaları sonuncu oyun gününə təsadüf edib.
“Loryan” – “Klermon” matçında qalib müəyyənləşməyib. “Anje” “Mets”i, “Monako” “Bordo”nu, “Nant” isə “Trua”nı məğlub yola salıb.
Lider PSJ bu turda “Renn” səfərinə yollanıb. Paris təmsilçisi iki cavabsız qolla uduzub. Bu, sözügedən komandanın cari mövsümdə həm ilk xal itkisi, həm də ilk məğlubiyyətidir.
Marsel “Olimpik”i də son çempion “Lill” ilə səfər oyununda iki cavabsız qola üzülüb.
Turun son matçında Lion “Olimpik”i səfərdə “Sent-Etyen”lə qarşılaşıb. Bu oyun isə heç-heçə bitib.
Fransa Liqa 1
9-cu tur
1 oktyabr
Lans – Reyms 2:0
Qol: Kalmuendo, 45+1; 52.
2 oktyabr
Monpelye – Strasburq 1:1
Qol: Molle, 12 – Qameyro, 28.
Nitsa – Brest 2:1
Qol: Todibo, 45. Bard, 61 – Honorat, 90+3.
3 oktyabr
Renn – PSJ 2:0
Qol: Labord, 45. Tait, 46.
Anje – Mets 3:2
Qol: Ço, 53. Manqani, 65. Bahoken, 90+2 – Bronn, 10. Bulaya, 58.
Loryan – Klermon 1:1
Qol: Laport, 54 – Bayo, 15.
Monako – Bordo 3:0
Qol: Tçuameni, 35. Qolovin, 48. Ben Yedder, 64-pen.
Nant – Trua 2:0
Qol: Jirotto, 58. Blas, 69-pen.
Lill – Olimpik (Marsel) 2:0
Qol: David, 28; 90+4.
Sent-Etyen – Olimpik (Lion) 1:1
Qol: Xazri, 90+4-pen – Auar, 42.
- Premyer-liqa2024-05-04 21:21
“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu
- Milli komanda2024-05-04 15:39
Millimiz UEFA İnkişaf Turnirində ikinci oyununda da uduzdu
- Premyer-liqa2024-05-04 18:59
Samir Abasov: “Bu, “Qarabağ”la matçdakı yorğunluqdan irəli gələ bilər” – VİDEO
- Ölkə futbolu2024-05-04 10:19
“Araz-Naxçıvan”ın baş məşqçisi: “Rəqib tapmaq çətinləşir”