Dünya futbolu
PSJ-nin futbolçusu əməliyyat olundu – 6 ay olmayacaq
Fransa çempionu PSJ-nin futbolçusu Xuan Bernat əməliyyat olunub.
Futbolinfo.az xəbər verir ki, bu barədə Paris klubunun mətbuat xidməti məlumat yayıb.
Əməliyyat Parisdəki xəstəxanaların birində baş tutub və uğurlu alınıb. Buna baxmayaraq, 27 yaşlı ispan futbolçunun 6 ay yaşıl meydanlardan uzaq qalacağı bildirilir.
İspaniya millisinin də üzvü olan Bernat, bir neçə gün öncə Fransa çempionatı çərçivəsində “Mets”ə qalib gəldikləri (1:0) oyun zamanı dizindən ağır zədə almışdı.
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Premyer-liqa2024-04-19 18:26
“Turan Tovuz” “Sumqayıt”a böyük hesabla məğlub oldu
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq