Dünya futbolu
PSJ Reşford üçün kisənin ağzını açdı
PSJ Markus Reşfordun transferi üçün əməli addımlar atmağa başlayıb. Fransa klubu İngiltərə millisinin hücumçusu üçün rəsmi təklif göndərməyə hazırlaşır.
Futbolinfo.az xəbər verir ki, Kilian Mbappenin gedişindən sonra hücum xəttinə lider axtaran parislilər Reşfordu çoxdan izləyirdi. Fransa millisinn üzvünün komandada qalmayacağı dəqiqləşən kimi Reşfordla bağlı plan aktuallaşıb.
PSJ “Mançester Yunayted”ə hücumçusu üçün 80 milyon funt-sterlinq təklif edəcək. İngiltərə klubundakı durumundan məmnun olmayan futbolçunun öz maaşı da bəllidir. Parislilər Reşforda həftəlik yarım mlyon funt-sterlinq qazanmaq imkanı yaradacaq.
Qarşıdakı həftədə rəsmi təklifin göndərilməsi gözlənilir. Tərəflər yəqin ki, yayadək bazarlıq edəcək.
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Premyer-liqa2024-04-13 20:52
“Neftçi” “Araz-Naxçıvan”ı darmadağınla yola saldı
- Milli komanda2024-04-12 18:00
Millinin Gürcüstanla oyunlar üçün heyəti açıqlandı