Ölkə futbolu
“Qəbələ” “Keşlə” ilə ev oyununa Bakıda hazırlaşır
Türkiyə toplanışını başa vurduqdan sonra iki günlük istirahətə buraxılan “Qəbələ” Bakıda bir araya gəlib.
Futbolinfo.az xəbər verir ki, “qırmızı-qaralar” Azərbaycan Premyer Liqasının 15-ci turunda qarşılaşacaqları “Keşlə” ilə görüşün hazırlığına paytaxtda start verib.
Elmar Baxşıyevin yetirmələri bu gün fitnes zalında hazırlıq keçiblər. Futbolçular müxtəlif fiziki təmrinlərini yerinə yetiriblər. “Qəbələ”nin yanvarın 29-na təsadüf edəcək məşqi Bakı Olimpiya Stadionunda baş tutacaq.
Xatırladaq ki, fevralın 2-də keçiriləcək “Qəbələ” – “Keşlə” matçı saat 15:00-da başlayacaq. Oyun Qəbələ şəhər stadionunda keçiriləcək.
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…
- Digər idman növləri2024-04-12 00:29
“Anadolu Efes” növbəti mərhələdə