Ölkə futbolu
“Qəbələ” də bu gündən başlayır
“Qəbələ” 2020/21 mövsümünün ikinci hissəsinin hazırlığına bu gün start verəcək.
Futbolinfo.az xəbər verir ki, “qırmızı-qaralar” Qəbələdə bir araya gələcək.
Komandanın 2021-ci ildə ilk məşqi günün ikinci yarısına təsadüf edəcək.
Baş məşqçi Elmar Baxşıyevin yetirmələri hazırlıq prosesi çərçivəsində öncədən nəzərdə tutulduğu kimi iki deyil, bir yoxlama görüşü keçiriləcək. Belə ki, yanvarın 10-na planlaşdırılan “Neftçi” ilə görüş baş tutmayacaq. Ayın 13-dək Qəbələ şəhər stadionunda hazırlıq keçəcək “qırmızı-qaralar” toplanışı Bakıda davam etdirəcək. Yanvarın 14-də komanda “Sumqayıt”la matçda qüvvəsini sınayacaq.
“Qəbələ”nin məşqlərinə U-19 komandasının dörd üzvü də qatılacaq.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”