Ölkə futbolu
“Qəbələ” “Kəpəz”ə qarşı
Mövsümün ikinci yarısı üçün hazırlıqları davam etdirən “Qəbələ” bu gün yoxlama oyununa çıxacaq.
Futbolinfo.az xəbər verir ki, əyalət təmsilçisi “Kəpəz”lə qarşılaşacaq.
Qəbələ şəhər stadionunda keçiriləcək oyun saat 14:00-da start götürəcək.
Qeyd edək ki, “Qəbələ” toplanış çərçivəsində daha bir yoxlama matçı keçirəcək. Komanda yanvarın 15-də “Araz-Naxçıvan”la üz-üzə gələcək. Eyni gündə “Kəpəz” də “İmişli” ilə qarşılaşacaq.
“Kəpəz” hazırda Misli Premyer Liqasının turnir cədvəlində 14 xalla 9-cu, eyni xalı olan “Qəbələ” isə sonuncu – 10-cudur.