Milli komanda
“Qəbələ” milli komandaya qalib gəldi
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün daha bir yoxlama oyunu keçirib.
Futbolinfo.az xəbər verir ki, Milan Obradoviçin çalışdırdığı sözügedən komanda “Qəbələ” ilə qarşılaşıb.
8-ci km stadionunda baş tutan oyunda qapılara beş qol vurulub. Premyer Liqa təmsilçisi millimizlə oyundan qalib ayrılıb – 3:2.
Millimizin heyətində Musa Qurbanlı ilə Rüfət Abdullazadə fərqlənib. “Qəbələ”yə qələbə qazandıran qolları isə Stefan Vukçeviç, Ülvi İsgəndərov və Ceyms Adeniyi vurub.
Xatırladaq ki, U-21 bundan əvvəlki yoxlama oyunlarında “Qarabağ” (4:2), “Neftçi” (1:3) və “Qaradağ Lökbatan”la (3:3) qarşılaşmışdı. “Qəbələ” isə “Zirə” ilə yoxlama matçından 2:1 hesabıyla qalib ayrılmışdı.