Premyer-liqa
“Qəbələ” “Turan Tovuz”a, “Səbail” “Qarabağ”a qarşı
Azərbaycan Premyer Liqasında XVIII turun oyunları keçirilir.
Futbolinfo.az xəbər verir ki, bu gün daha iki qarşılaşma baş tutacaq.
Əvvəlcə “Qəbələ” doğma meydanda “Turan Tovuz”la münasibətlərinə aydınlıq gətirəcək.
Lider “Qarabağ” isə “Səbail”in qonağı olacaq.
Xatırladaq ki, ilk oyun günündə “Sumqayıt” “Sabah”a evdə (0:6), “Şamaxı” isə “Neftçi”yə səfərdə (0:3) böyük hesabla uduzub. Tura sabah keçiriləcək “Zirə” – “Kəpəz” matçı ilə yekun vurulacaq.
Misli Premyer Liqası
XVIII tur
24 dekabr
“Qəbələ” – “Turan Tovuz”
Hakimlər: Kamal Umudlu, Kamran Bayramov, Şirmamed Mamedov, Əli Əliyev.
Qəbələ şəhər stadionu, 15:00.
“Səbail” – “Qarabağ”
Hakimlər: Vüqar Həsənli, Pərvin Talıbov, Cəmil Quliyev, Emin Əliyev.
“ASCO Arena”, 17:30.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- Premyer-liqa2024-04-30 09:30
“Yalnız birlikdə olaraq uğurlar qazana bilərik” – Ozobiç
- I Liqa2024-04-30 14:45
“Araz Saatlı”nın məşqçisinə 2 oyunluq cəza