Premyer-liqa
“Qəbələ” və “Şamaxı”nın 63-cü dueli
Misli Premyer Liqasında XXVII turun və III dövrənin son oyunu “Qəbələ” ilə “Şamaxı” arasında baş tutacaq.
Futbolinfo.az xəbər verir ki, martın 17-də keçiriləcək matç komandalar arasında 63-cü duel olacaq.
Rəqiblər ümumilikdə 62 dəfə görüşüb. 21 dəfə qalib gələn “Qəbələ” 20 heç-heçə edib. Digər 21 qarşılaşmada bakılılar qalib gəlib. Rəqib qapısından 69 top keçirən “Qəbələ” futbolçuları 81 qol buraxıblar. “Qəbələ”də Daniel Subotiç daha çox – 5 qol vurub.
“Qırmızı-qaralar” “Şamaxı” ilə Premyer Liqada 58-ci dəfə görüşəcək. Çempionatda 18 qələbə və 20 heç-heçəsi olan komanda 19 məğlubiyyət alıb. “Şamaxı” top fərqində də üstündür – 74-62.
“Qəbələ” 32-ci dəfə “Şamaxı”nı qəbul edəcək. 11 ev qələbəsi qazanan “qırmızı-qaralar” 13 heç-heçə edib və 7 dəfə uduzub. Öz meydanında 36 qol vuran “Qəbələ” futbolçuları 31 top buraxıblar.
Xatırladaq ki, martın 17-də keçiriləcək “Qəbələ” – “Şamaxı” oyununa saat 17:00-da start veriləcək.
- Premyer-liqa2024-05-04 21:21
“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu
- Premyer-liqa2024-05-04 18:23
“Kəpəz”dən “Sumqayıt”la əzmkar heç-heçə
- Milli komanda2024-05-04 15:39
Millimiz UEFA İnkişaf Turnirində ikinci oyununda da uduzdu
- Premyer-liqa2024-05-03 18:15
“Qarabağ” – “Neftçi” matçının təyinatları açıqlandı