Ölkə futbolu
“Qəbələ”də 6 koronaviruslu: Sumqayıtda meydana çıxmayacaqlar
“Qəbələ” “Sumqayıt”la oyunda Merab Qiqauri, Ceyms Adeniyi, Yusif Nəbiyev, Rasim Ramaldanov, Ülvi İsgəndərov və Ehtiram Şahverdiyevin xidmətindən istifadə edə bilməyəcək. Xüsusilə start heyət üzvü olan ilk 3 oyunçunu komanda üçün ciddi itki saymaq olar.
Futbolinfo.az xəbər verir ki, Premyer Liqanın 11-ci turu çərçivəsində dünən baş tutmalı olan “Sumqayıt” – “Qəbələ” matçı qonaqların 8 oyunçusunun koronavirus testi müsbət çıxdığı üçün təxirə salınıb. Təkrar testlərdən sonra Murad Musayev və Tərlan Əhmədlidə problem aşkarlanmayıb – bu dəfə test nəticəsi neqativ çıxan bu futbolçular oynaya biləcək.
Bu turadək Premter Liqada çıxış edən klublardan yalnız “Qəbələ”də koronavirusa yoluxma faktı qeydə alınmamışdı. İndi isə ən böyük itki məhz bölgə klubundadı.
Xatırladaq ki, “Sumqayıt” – “Qəbələ” oyunu sabaha təyin olunub.