Premyer-liqa
“Qəbələ”dən 450-ci qol
“Qəbələ” evdə 450-ci qolunu vurub.
Futbolinfo.az xəbər verir ki, yubiley Misli Premyer Liqasının VII turuna təsadüf edib.
“Sumqayıt” üzərində 1:0 hesablı qələbəni rəsmiləşdirən top “qırmızı-qaralar”ın tarixinə öz meydanındakı 450-ci qol kimi düşüb. Qonaqların qapısına braziliyalı Ramon Maçado yol tapıb.
“Qəbələ”nin 450-ci ev qolu 310-cu matçda vurulub. Komanda Premyer Liqada 308, Azərbaycan kubokunda 71, birinci divizionda 46, avrokuboklarda 25 dəfə qonaqların qapısına yol tapıb.
Xatırladaq ki, ilk qol 2005-ci il sentyabrın 21-də birinci divizionun “Şərur”la ev qarşılaşmasına təsadüf edib. 8:0 hesablı qələbənin qeydə alındığı görüşdə hesab rəqib futbolçu İlqar İbrahimovun avtoqolu ilə açılıb.
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 17:10
Klublar çətin vəziyyətdə: AFFA yardımları dondurub
- Ölkə futbolu2024-04-26 08:00
Juninyo – Avropanın ən yaxşı braziliyalısı