Ölkə futbolu
“Qəbələ”ni Rumıniya klubuna dəyişdi
“Qəbələ” daha bir futbolçu ilə yollarını ayırıb. Futbolinfo.az saytının məlumatına görə, şimali makedoniyalı yarımmüdafiəçi İsnik Alimininin yeni komandası müəyyənləşib.
29 yaşlı orta sahə oyunçusu “qırmızı-qaralar”ın yeni müqavilə təklifini rədd edib. O, karyerasını Rumıniyada davam etdirəcək. Belə ki, Alimi “Sepsi” klubu ilə müqavilə imzalayıb. “Sepsi” bunu rəsmi saytı vasitəsilə də paylaşıb.
Qeyd edək ki, İsnik Alimi 2021-ci ildən bəri “Qəbələ”nin formasını geyinib. Yarımmüdafiəçi ötən mövsüm Premyer Liqda 34 oyunda 9 qol vurub.