Ölkə futbolu
“Qəbələ”ni seçdiyim üçün çox sevinirəm” – Afriko
Yay fasiləsində “Qəbələ”yə transfer olunan braziliyalı futbolçu Lukas Afriko ölkəsinin mətbuatına keçidi dəyərləndirib.
Futbolinfo.az saytı xəbər verir ki, 28 yaşlı mərkəz müdafiəçisi artıq avrokuboklarda çıxış etməyə hazırlaşdığını bildirib.
Afriko Kipr klubu “Omoniya” ilə bu gün keçiriləcək qarşılaşma öncəsi həyəcanlı olduğunu söyləyib:
“Konfrans Liqasında mübarizə aparmağa hazırıq və həyəcanlıyıq. Çox güclü komandamız var. Keçirdiyimiz yoldaşlıq görüşlərindən sonra “Omoniya” ilə matça köklənə bilmişik. Addım-addım irəliləyəcəyik. “Qəbələ”ni seçdiyim üçün çox sevinirəm. Çünki avrokuboklarda iştirak şansım olacaq. Bu üzdən həyəcanlıyam”.
Qeyd edək ki, Lukas Afriko “Qəbələ”yə Portuqaliyanın “Eştoril” klubundan keçib.
- Premyer-liqa2024-05-04 21:21
“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə
- Premyer-liqa2024-05-04 18:23
“Kəpəz”dən “Sumqayıt”la əzmkar heç-heçə
- Digər idman növləri2024-05-03 16:28
“Prezident Kuboku”: Azərbaycan səkkizinci medalı qazandı