Müsahibə
“Qəbələ”nin xaçmazlı legioneri: “Meydandan qalib ayrılacağıq”
“Qəbələ”nin yeni transferi Gilad Abramov Azərbaycan klubuna transferindən və bu gün Konfrans Liqasının ikinci təsnifat mərhələsində Kiprin “Omoniya” klubuna qarşı keçirəcəkləri matçdan danışıb. Futbolinfo.az saytına müsahibə verən futbolçu nənəsinin Xaçmaz rayonunda dünyaya göz açdığını bildirib.
– Bu gün “Omoniya”ya qarşı oynayacaqsız. Qarşılaşma haqqında fikirləriniz necədir?
– Təbii ki, meydana qələbə üçün çıxacağıq. Evdə oynayırıq və burda sərfəli nəticə qazanmağa çalışacağıq. Fikrimcə, hər kəs tam gücünü ortaya qoya bilsə, meydandan qalib ayrılacağıq. Artıq 100 faiz bu oyuna köklənmişik.
– Komandada yenisən, uyğunlaşma prosesi necə gedir?
– Çox tez adaptasiya oldum. Bura gəldiyim zaman bir ailə ortamına düşdüm. Hər kəs məni çox yaxşı qarşıladı. İstər futbolçular, istərsə də məşqçi heyəti hər şeyin yaxşı olması üçün əlindən gələni etdi.
– Kipr klubu təcrübəli rəqibdir. Bu, sizi qorxutmur?
– Düzdür, rəqibimiz güclüdür. Açığı, daha yaxşı heyətə və keyfiyyətə malikdir. Lakin biz də təslim olmayacağıq. Meydanda bütün gücümüzlə, inamımızla mübarizə aparmağa çalışacağıq. Ümid edirəm ki, istədiyimiz uğuru qazana biləcəyik.
– Azərbaycan klubundakı hədəfin nədir?
– Düşünürəm ki, biz ötən mövsümdəki uğurları təkrarlaya, hətta daha yaxşısını edə bilərik. Burada daha çox qol ötürməsi etməyi düşünürəm. Hədəfim odur ki, daha da yaxşı yerlərə gələk.
– Bir neçə gün öncə sizin azərbaycanlı olduğunuzu oxudum…
– Bəli, mənim nənəm Azərbaycanda doğulub. Düzdür, tam detallı harada yaşadığını, harada olduğunu bilmirəm, amma bu ölkədə dünyaya göz açdığı dəqiqdir.
– O zaman Azərbaycan millisinə namizədsiniz. Buradakı çıxışınızdan asılı olaraq millidə ola bilərsiniz…
– Bunu detallı danışmaq lazımdır. Növbəti mövsümün sonunda bu barədə düşünmək olar.
– Nənəniz Azərbaycanın hansı rayonunda doğulub?
– Xaçmazda dünyaya göz açıb. Amma sonralar İsrailə köçüblər.
– Burada qohumlarınız var?
– Burada ailəmizin çox yaxın dostları var.
ABBAS
- Premyer-liqa2024-05-04 21:21
“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə
- Premyer-liqa2024-05-04 18:23
“Kəpəz”dən “Sumqayıt”la əzmkar heç-heçə
- Digər idman növləri2024-05-03 16:28
“Prezident Kuboku”: Azərbaycan səkkizinci medalı qazandı