Bizi izləyin

Müsahibə

“Qələbə qazana bilmirsənsə, heç-heçə etməyi düşünməlisən”

blank
blank

“Turan Tovuz”un kapitanı Şəhriyar Əliyevin futbolinfo.az saytına müsahibəsi

– Premyer Liqanın XX turunda çoxları Sumqayıtdan ən azı 1 xalla dönəcəyinizi gözləsə də, yerli komandaya 1:2 hesabı ilə məğlub oldunuz. Bunun səbəbini nədə görürsünüz?

– Pis oynamadıq, real qol şanslarımız da “Sumqayıt”dan çox oldu. Sadəcə, iki fərdi səhvimiz məğlubiyyətə gətirib çıxardı. “Sumqayıt” bizə qarşı ciddi nəsə eləmədi, sadəcə, səhvlərimizdən maksimum yararlandı. Bu səhvləri aradan qaldırmağa çalışırıq ki, qarşıdakı matçlarda daha yaxşı nəticə qazanaq.

– İkinci hissədə buraxdığınız qol sayəsində rəqibə yenildiniz. Qol yollarındakı sıxıntı nə ilə bağlı idi?

– İkinci hissədə 3 yüzfaizlik şansımız oldu. “Sumqayıt” da önə keçdikdən sonra müdafiədə oturmağa başladı. Bəlkə də buna görə çətinlik çəkdik. Məncə, komanda şəklində pis deyildik. Düzdür, öncəki turda “Qarabağ” önündə daha yaxşı oynamışdıq. Ancaq yenə də “Sumqayıt” önündəki performansımız qənaətbəxş idi.

– “Qarabağ”la görüşün son dəqiqələrində buraxdığınız qolla (2:3) heç-heçəni əldən verdiniz. Bu amilin futbolçulara psixoloji təsiri olmadı?

– Həmin məğlubiyyətin “Sumqayıt”la qarşılaşmaya köklənmədə hansısa psixoloji təsirinin olduğunu düşünmürəm. Təbii ki, xal qazansaydıq, daha yaxşı olardı. Ancaq “Qarabağ”a uduzmağın heç bir təsiri olmadı. Sadəcə, imkanlardan düzgün yararlansaydıq, Sumqayıtdan qalib kimi qayıdacaqdıq.

– Qış fasiləsindən sonrakı ilk iki oyunda məğlub oldunuz. Belə start gözləyirdiniz?

– Doğrudur, “Qarabağ”la matçda 1 xal da qızıla bərabər olardı. “Qarabağ” barədə əlavə nəsə danışmağa ehtiyac yoxdur. Çünki rəqibin gücü hamıya bəllidir. “Sumqayıt”la görüşdə isə qələbə qazanmaq istəyirdik. Əlbəttə, bizim kimi rəqiblər də xallarının sayını artırmaq istəyirlər. Bizim üçün rəqibin fərqi yoxdur. “Sumqayıt”dan da, “Neftçi”dən də, digər komandalardan da ən azı 1 xal qazanmağa çalışırıq. Qələbə qazana bilmirsənsə, heç-heçə etməyi düşünməlisən.

– Bir müdafiəçi kimi, 2 oyunda buraxılan 5 qolun çox olduğunu düşünmürsünüz?

– Mövsümün startında çox az qol buraxırdıq. Razıyam ki, ikinci yarıda çox qol buraxırıq. Səhvlərimizi təhlil edirik, qapımızda daha az top görməyə çalışırıq. Qarşıdakı matçlarda daha etibarlı oynamaq istəyirik. Komanda şəklində müdafiə olunursansa, qol buraxdığın zaman bütün günahı müdafiəçilərdə görməyin düzgün olmaz.

– Əksər komandalar hakim qərarlarından şikayət edirlər. Siz hakimliyin səviyyəsini necə görürsünüz?

– Çoxu cavan hakimlərdir. Futbolçu kimi hakim də səhv edə bilər. Mübahisəli epizodlara VAR-da baxdıqları üçün artıq dəhşət ciddi səhvlər olmur. Matç zamanı hakim səhvi olanda arxayınsan ki, VAR-a baxılacaq. VAR-a görə meydanda çox çılğın ola da bilmirik. Çünki hakimin gözdən qaçırdığı epizoda VAR-da baxıb ona deyirlər. Düzdür, bəzən VAR-a baxdıqdan sonra bizim əleyhimizə penalti təyin olunub. İstənilən halda ədaləti bərpa edir. Əvvəllər penalti epizodunda özümüzü öldürürdük, çılğına dönürdük. İndi VAR-da epizoda baxdıqları üçün sakit davranmağa çalışırıq.

– Növbəti iki turda “Şamaxı” və “Kəpəz”lə qarşılaşacaqsınız. Turnir cədvəlində rəqiblərdən uzaqlaşmaq baxmından bunu sizin üçün şans saymaq olar?

– “Sumqayıt” da turnir cədvəlində bizdən aşağıdadır. Amma onlara məğlub olduq. Aşağı sıralarda komandalar bir-birlərinə yaxındırlar. Bir qələbəyə iki pillə irəliləyə bilirsən. Bizi ilk növbədə ağır Şamaxı səfəri gözləyir. Bu komanda son vaxtlar çox yaxşı formadadır. “Kəpəz” də son qarşılaşmada “Səbail” önündə yaxşı çıxış etdi. Bu rəqiblərə qarşı necə düşünürüksə, onlar da bizimlə matça eyni gözlə baxırlar. “Şamaxı”nı düzgün təhlil edib, məşqçinin tapşırıqlarına əməl edə bilsək, qələbə qazanacağımıza inanıram. İndi yalnız qarşıdakı oyunu düşünürük. Birdən-birə 3-4 matç sonraya baxmırıq. Deyərdim ki, bizim üçün çempionatın ən vacib oyunu qarşıdakı turda “Şamaxı” ilə matç olacaq. Çünki onlar qələbə qazanaraq, turnir cədvəlində bizi üstələmək, biz isə rəqibdən uzaqlaşmaq istəyirik.

– Yəqin razılaşarsınız ki, çempionatda “Turan Tovuz”dan bundan artığını gözləməyə dəyməz. Ancaq ölkə kubokunda yarımfinaldasınız. Kuboku qazanmaq şansınızı necə görürsünüz?

– Mövsümün əvvəlində kuboku qazanmaq və ya çempionatda ilk “dördlüy”ə düşmək hədəfi qarşımıza qoyulmamışdı. Real baxsaq, digər komandaların rotasiya etmək imkanı daha yaxşıdır, heyətləri zəngindir. Bizdə isə bir futbolçu zədələnəndə əziyyət çəkirdik. Hər bir futbolçu uğurlu nəticə əldə etmək, kuboku qazanmaq istəyər. Çempionatda 4-cü pillədəki “Zirə”dən artıq 14 xal geridəyik. Premyer Liqada da mümkün qədər irəliləməyə çalışacağıq. Bizdən aşağı pillələrdəki rəqiblərlə xal fərqimiz də azdır. Hətta sonuncu pilləyə də düşə bilərik. Bunun baş verməməsi üçün xal və ya xallar qazanmalıyıq. Ölkə kubokunun yarımfinalında ölkənin “flaqman”ı “Neftçi” ilə qarşılaşacağıq. “Neftçi”nin adı bəs edir. Ancaq biz də kubokun finalına yüksəlməyi hədəfləmişik. Ona qədər hələ çox vaxt var. Ümid edirəm ki, yarımfinal matçları zamanı zədəlilərimiz olmaz. Finala çıxmağımız özü böyük uğur olar. Qış toplanışına başlayanda bilirdik ki, 4-cü yerdəki komandaya çatmaq şansımız azdır. Amma kubokda yolumuza davam etməyimiz bizə əlavə motivasiya verirdi.

FƏRİD

Reklam

Reklam


blank
Ölkə futbolu2024-04-14 16:03

“Göygöl”ün növbəti tur hazırlığı – VİDEO

blank
Premyer-liqa2024-04-14 15:48

“Səbail” “Kəpəz”ə qarşı – YENİLƏNİR

blank
Ölkə futbolu2024-04-14 15:28

Daha dörd komandaya texniki məğlubiyyət verildi

blank
Digər idman növləri2024-04-14 14:59

Millimiz Paris-2024 Yay Olimliya Oyunlarına lisenziya qazandı

blank
Digər idman növləri2024-04-14 14:21

Jaber və Sobolenko futbol matçında

blank
Digər idman növləri2024-04-14 14:00

MHL-də ilk cütlük bəlli oldu

blank
Digər idman növləri2024-04-14 13:42

MBA-da müntəzəm çempionatın sonu

blank
Digər idman növləri2024-04-14 13:20

Millimiz finala vəsiqə qazandı

blank
Digər idman növləri2024-04-14 13:00

Daha 4 cüdoçumuz Avropa Kubokunda mübarizəyə qoşulacaq

blank
Digər idman növləri2024-04-14 12:43

Komandalar iştirakçı sayının aşağı salınmasını istəyir

blank
Digər idman növləri2024-04-14 12:29

Monte-Karloda liderlər uduzdu

blank
Dünya futbolu2024-04-14 12:11

“Beşiktaş”ın baş məşqçisi istefaya göndərildi

blank
Digər idman növləri2024-04-14 12:00

Millimizin üzvü finala vəsiqə qazandı

blank
Digər idman növləri2024-04-14 11:30

Abasov yenə heç-heçəyə razılaşdı

blank
Digər idman növləri2024-04-14 11:00

Azərbaycan cüdoçularından Avropa Kubokunun ilk günündə 7 medal

blank
Digər idman növləri2024-04-14 10:29

Azərbaycan çempionatında 3-cü turun görüşləri keçirilib

blank
Digər idman növləri2024-04-14 10:00

Millimiz Honqkonqda növbəti oyununa çıxır

blank
Premyer-liqa2024-04-14 09:30

“Səbail” “Kəpəz”ə, “Sabah” “Qarabağ”a qarşı

blank
Digər idman növləri2024-04-14 09:11

Ən effektiv beşlik məlum oldu

blank
Digər idman növləri2024-04-14 08:52

“Audi” gələcək pilotları ilə danışıqlara başladı

blank
Digər idman növləri2024-04-14 08:34

Nadal və Alkarasın iştirak edəcəyi turnirin püşkü atıldı

blank
Digər idman növləri2024-04-14 08:17

Avroliqada cütlər məlum oldu

blank
Ölkə futbolu2024-04-14 08:00

“Turan Tovuz” avrokubok mübarizəsinə qayıtdı

blank
Dünya futbolu2024-04-14 01:21

“Atletiko”, “Barselona” və “Real”dan növbəti qələbə

blank
Dünya futbolu2024-04-14 01:11

“Strasburq” və “Tuluza”dan qələbə

blank
Dünya futbolu2024-04-14 00:52

Turin derbisində heç-heçə

blank
Dünya futbolu2024-04-14 00:37

“Bayern”dən inamlı qələbə

blank
Dünya futbolu2024-04-14 00:25

“Mançester Siti”dən darmadağın

blank
Dünya futbolu2024-04-13 23:32

Azərbaycanlı futbolçuların duelində İsgəndərli sevindi

blank
Dünya futbolu2024-04-13 23:07

Şahruddinli “Adana Dəmirspor” və “Beşiktaş” evdə xal itirdilər

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm