Digər idman növləri
Qərb konfransının lideri yenə məğlub oldu
MBA-da Qərb konfransının lideri olan “Minnesota Timbervulvs” komandasının uğursuzluqları davam edir. Mövsümə qələbələrlə başlayan komanda son vaxtlar qeyri-sabit çıxışı ilə diqqəti çəkir.
Dünən gecə keçirilən oyunda, lider öz meydançasında növbəti məğlubiyyətlə üzləşib. Bu dəfə onlar “Nyu-Orlean Pelikans”a məğlub olublar – 106:117. Qonaqların heyətində Zayon Vilyamson 27 xal toplayıb.
Ca Morantın 28 xalına baxmayaraq “Memfis Qrizliz” Kanada komandasına məğlub olub. Torontoluların heyətində Kuikli 26 xal toplayıb.
“İndiana Peysers” isə ardıcıl 5-ci dəfə qalib gəlib. Bu dəfə onlar “Miluoki Baks”ı evə xalsız yola salıblar. Xalibörton 31 xal yığıb. Qonaq komandanın meqaulduzu Yannis Antetokumbo 26 xal toplayıb.
Gecənin digər görüşlərində “Los-Anceles Klippers” “Finiks Sans”dan , “Yuta Caz” overtaymda “Detroyt Pistons”dan üstün olub.