Dünya futbolu
Qabriel Jesus əməliyyat olunacaq – zədəsi ciddi imiş
Zədə üzündən Braziliya millisinin düşərgəsini tərk edən Qabriel Jesusun durumu gözləniləndən də pis imiş. Dünya Çempionatında məşq zamanı xəsarət alıb meydana çıxmayacağı dəqiqləşən hücumçu cərrah masasına qalxmalıdı.
Futbolinfo.az xəbər verir ki, braziliyalı forvard azı 3 ay topa toxuna bilməyəcək. Həkimlərin müayinəsindən sonra “Arsenal”ın üzvünün əməliyyat olunmasının vacib olduğu qənaətinə gəlinib.
London klubu əməliyyatın tezliklə reallaşdırılmasında maraqlıdır. Futbolçunun yaşıl meydanlara daha tez qayıtması üçün ingilislər vaxt itirmək istəmir. Bu həftə son müayinədən sonra qəti qərar veriləcək.
Futbolçunun dönüşünün yaza kimi uzanması ehtmalı reallaşsa, “Arsenal” yeni forvard transfer etməli olacaq. Premyer Liqada çempionluq uğrunda mübarizə aparan komanda boşluğu hiss etdirməmək üçün buna məcburdu.
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 17:10
Klublar çətin vəziyyətdə: AFFA yardımları dondurub
- Ölkə futbolu2024-04-26 08:00
Juninyo – Avropanın ən yaxşı braziliyalısı