Dünya futbolu
“Qalatasaray” Arda üçün vida mərasimi keçirəcək
“Qalatasaray” sabiq futbolçusu Arda Turan üçün vida mərasimi təşkil edəcək.
Futbolinfo.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin vitse-prezidenti Erden Timur klubun rəsmi “Youtube” kanalına açıqlama verib:
“Arda Türkiyənin ən titullu futbolçusudur. Bizim yetirməmizdir, İspaniyada “Atletiko” və “Barselona” kimi komandalarda oynayıb. Çox vacib oyunçudur. Bu cür futbolçuları unutmamaq, onlara dəyər vermək əsas məqsədimizdir”.
Arda Turan sentyabrın 12-də karyerasını başa vurduğunu açıqlayıb. O, Türkiyədə “Qalatasaray”, “Manisaspor”, “Başakşəhər”, Avropada isə “Atletiko”, ”Barselona” kimi klubların formasını geyinib.
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Premyer-liqa2024-04-13 20:52
“Neftçi” “Araz-Naxçıvan”ı darmadağınla yola saldı
- Milli komanda2024-04-12 18:00
Millinin Gürcüstanla oyunlar üçün heyəti açıqlandı
- Ölkə futbolu2024-04-14 08:00
“Turan Tovuz” avrokubok mübarizəsinə qayıtdı