Dünya futbolu
“Qalatasaray” dünya çempionuna göz dikdi
Transfer bazarında aktiv olan “Qalatasaray” klubu indi də diqqətini Rodriqo De Paula yönəldib. Türkiyəlilər “Atletiko”nun futbolçusunu icarəyə götürmək niyyətindədirlər.
“Qalatasaray” birillik icarədən sonra futbolçunu transfer etməyi planlaşdırır. Artıq 29 yaşlı futbolçu üçün təklif Madrid komandasına göndərilib.
Xatırladaq ki, İstanbul təmsilçisi dayaq yarımmüdafiəçisi mövqeyini gücləndirməyə çalışır. Bu səbəbdən də onlar “Atletiko”nun digər futbolçusu Saula da maraq göstərirlər. Digər variantlar arasında “Mançester Yunayted”dən Fred və “Tottenhem”dən Tangi Ndombele var.
- Milli komanda2024-05-03 08:00
Vay(ss) bizim halımıza?
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə
- Digər idman növləri2024-05-03 13:25
Tanınmış idmançılarla – öncə master-klas, sonra birgə məşq
- Ölkə futbolu2024-05-03 14:00
“Neftçi”nin riskli seçimi: lazımsız legionerlə 4 illik müqavilə bağlayırlar