Dünya futbolu
“Qalatasaray” liderliyi ələ keçirdi
Türkiyə Super Liqasında 15-ci tura yekun vurulub.
Futbolinfo.az xəbər verir ki, bu gün 4 qarşılaşma baş tutub.
“Konyaspor” – “Alanyaspor” matçında qalib müəyyənləşməyib. “Qaziantep”in qonağı olan “Beşiktaş” da xal itkisi ilə üzləşib. “Adana Dəmirspor” “Fatih Karagümrük”ü, “Qalatasaray” isə “İstanbulspor”u məğlub yola salıb.
15 turdan sonra vahid liderliyi ələ keçirən “Qalatasaray”ın 30 xalı varsa, ikinci pillədəki “Fənərbaxça” 29 xal toplayıb. “Adana Dəmirspor”la “Başakşəhər”in 27, “Trabzonspor”un 26, “Konyaspor”un 25, “Beşiktaş”ın 23 xalı var.
Türkiyə Super Liqası
15-ci tur
23 dekabr
Antalyaspor – Ankaragücü 0:2
Qol: Xese, 64. Sou, 90+11.
Ümraniyəspor – Başakşəhər 1:3
Qol: U.Nayir, 17 – Aleksiç, 2. S.Gürler, 57. Ndayişimiye, 90+3.
24 dekabr
Hatayspor – Girəsunspor 1:1
Qol: B.Yıldırım, 75 – R.Bayiç, 87.
Kasımpaşa – Sivasspor 1:2
Qol: Ben Uanes, 39 – Saba, 14. Qradel, 65.
Trabzonspor – Fənərbaxça 2:0
Qol: M.Qomes, 61. Trezeqe, 90+11.
25 dekabr
Adana Dəmirspor – Fatih Karagümrük 2:1
Qol: E.Akbaba, 11; 43 – Borini, 19.
Qaziantep – Beşiktaş 1:1
Qol: Fiqeyredo, 71 – Veqhorst, 86.
Konyaspor – Alanyaspor 2:2
Qol: Hadziahmetoviç, 22-pen; 90+11-pen – F.Bayır, 65. Koka, 78-pen.
Qalatasaray – İstanbulspor 2:1
Qol: B.Qomis, 15; 37 – M.Yeşil, 82.
- Milli komanda2024-05-08 12:17
Millimizin gələcək baş məşqçisi Bakıya gəlir
- Ölkə futbolu2024-05-08 09:27
Georgiyevski “Neftçi”nin nəticələrini qəbulolunmaz sayır: “Qarabağ” nə qədər güclü olsa da…”
- Ölkə futbolu2024-05-08 16:22
PFL-lə “YAŞAT” Fondu arasında anlaşma memorandumu imzalandı
- Dünya futbolu2024-05-08 12:02
“Sabah kimsə necə qalib gəldiyimizi xatırlamayacaq”