Ölkə futbolu
“Qalatasaray”da imza günü – SOCAR-la
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) və Türkiyə “Qalatasaray”ı arasında sponsorluq müqaviləsinin tarixi müəyyənləşib. Futbolinfo.az xəbər verir ki, tərəflər bu gün münasibətləri rəsmiləşdirəcəklər.
İmzalanma mərasimi Bakı vaxtı ilə saat 14:00-da başlayacaq və “Ali Sami Yen” İdman Kompleksində təşkil olunacaq. Əməkdaşlığın 3 illik olması nəzərdə tutulub və bu müddətdə İstanbul nəhəngi ümumilikdə 15 milyon avro qazanacaq.
Anlaşmaya əsasən, “Qalatasaray” avrokubokdakı bütün matçlarına sinəsində SOCAR yazılan forma ilə çıxacaq. SOCAR həmçinin mediada “Qalatasaray Futbol Komandasının Enerji Sponsoru” ifadəsindən istifadə etmək hüququna da sahib olub.
- Milli komanda2024-05-03 08:00
Vay(ss) bizim halımıza?
- Premyer-liqa2024-05-04 21:21
“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə
- Digər idman növləri2024-05-03 13:25
Tanınmış idmançılarla – öncə master-klas, sonra birgə məşq