Dünya futbolu
“Qalatasaray”da yeni prezident bəlli oldu
Türkiyənin “Qalatasaray” klubunun yeni prezidenti müəyyənləşib.
Futbolinfo.az xəbər verir ki, seçkidə 5 namizəd – Metin Öztürk, İbrahim Özdemir, Eşref Hamamcıoğlu, Burak Elmas və Yiğit Şardan iştirak edib.
Burak Elmas bütün rəqiblərini geridə qoyub. Belə ki, səsvermədə iştirak edən 4731 şəxsin 1541-i Elması bu posta layiq görüb. Onun əsas rəqibi Eşref Hamamcıoğlu isə cəmi 41 səs az toplayıb.
Bununla da Burak Elmas İstanbul klubunun 38-ci prezidenti olub. O, bu postda Mustafa Cengizi əvəzləyəcək. 2018-ci ildən İstanbul təmsilçisinə rəhbərlik edən Cengiz səhhəti ilə əlaqədar namizədliyini irəli sürməyib.
- Premyer-liqa2024-05-04 21:21
“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu
- Milli komanda2024-05-04 15:39
Millimiz UEFA İnkişaf Turnirində ikinci oyununda da uduzdu
- Ölkə futbolu2024-05-04 10:19
“Araz-Naxçıvan”ın baş məşqçisi: “Rəqib tapmaq çətinləşir”
- Premyer-liqa2024-05-04 18:59
Samir Abasov: “Bu, “Qarabağ”la matçdakı yorğunluqdan irəli gələ bilər” – VİDEO