Dünya futbolu
“Qalatasaray”ın futbolçusu “Roma”da
“Roma” müdafiə xəttini gücləndirib.
Futbolinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, paytaxt təmsilçisi müqavilə ilə “Leypsiq”ə məxsus olan Anxelinyonu icarəyə götürüb.
İspaniyalı futbolçu “Roma”da mövsümün sonuna qədər oynayacaq. Müqavilədə satınalma şərti də var. İtaliya klubu mövsümün sonunda 5 milyon avro ödəyərək futbolçunun transfer hüququnu ala bilər.
Anxelinyo mövsümün ilk yarısını icarə əsasında “Qalatasaray”da keçirib. O, İstanbul klubunda 19 matçda 1 qol vurub və 1 məhsuldar ötürmə edib.
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir
- Ölkə futbolu2024-04-17 10:49
12 komandalı çempionat: necə etməli?
- Ölkə futbolu2024-04-17 09:23
Mirzov “Neftçi”dən ayrılır: Premyer Liqadan təklifləri var
- Milli komanda2024-04-17 12:23
Yığmamızın baş məşqçi postuna isveçrəli namizəd