Premyer-liqa
“Qalib gələ bilmədiyimiz üçün məyus olduq”
“Şamaxı”nın baş məşqçi vəzifəsini icra edən Rüstəm Əliyev Azərbaycan Premyer Liqasının 25-ci turu çərçivəsində “Səbail”ə qarşı keçirdikləri oyunu şərh edib.
Futbolinfo.az xəbər verir ki, o, 0:0 hesabıyla bitən matçdan sonra bunları söyləyib:
“Qalib gələ bilmədiyimiz üçün məyus olduq. Amma komandamın döyüşkənliyini gördüm. Futbolçular verilən tapşırıqları yerinə yetirdilər. Səbrli olmaq, məğlubiyyətləri unutdurmaq lazımdır. Gələcəkdə bundan da yaxşı oynamağa çalışacağıq”.
Mütəxəssis matçın sonlarındakı mübahisəli epizoda da toxunub: “Biz də kənardan elə gördük ki, top rəqibin əlinə dəydi. Yenə də epizoda təkrar baxmaq lazımdır”.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı