Ölkə futbolu
“Qarabağ” Avroliqanın ən yaxşıları arasında
Avropa Liqasının qrup mərhələsində iştirak edən və formada olan komandaların siyahısı açıqlanıb.
Futbolinfo.az turnirin sosial şəbəkə hesablarına istinadən xəbər verir ki, “10-luq”da Azərbaycan təmsilçisi “Qarabağ” da yer alıb.
Son 4 matçda qələbə qazanan “köhlən atlar” birinci pillədə göstərilib.
Siyahı yerli çempionat və Avroliqadakı matçların nəticələrinə əsasən tərtib olunub. “Köhlən atlar” keçirdiyi son 5 qarşılaşmanın 4-də qələbə qazanıb, 1-də isə məğlub olub.
Xatırladaq ki, “Qarabağ” oktyabrın 6-da Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda Yunanıstanda “Olimpiakos”un qonağı olacaq.
- Milli komanda2024-05-01 18:44
Milli komandamızın baş məşqçi postuna əsas namizəd bəlli oldu
- I Liqa2024-05-01 11:25
I Liqada 24-cü turun təyinatları müəyyənləşdi
- Ölkə futbolu2024-05-02 08:00
Bir aylıq istirahətin şərəfinə… Balaşın ariyası
- Dünya futbolu2024-05-02 01:01
ÇL: “Borussiya” PSJ-ni məğlub yola saldı