Ölkə futbolu
“Qarabağ” Avstriyaya yollandı
“Qarabağ” klubu yeni mövsümə hazırlıqların ikinci mərhələsi üçün Avstriyaya yola düşüb.
Futbolinfo.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
“Qarabağ” Avstriyada iyulun 7-də Bolqarıstanın ÇSKA (Sofiya), 11-də Rusiyanın “Arsenal” (Tula), 15-də isə Almaniyanın “Auqsburq” komandası ilə yoxlama oyunu keçirəcək.
“Qarabağ” Bakıdakı hazırlıq çərçivəsində iki yoxlama oyunu keçirib. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv “Keşlə”ni 7:0, “Sumqayıt”ı isə 3:1 hesabıyla məğlub edib.