Ölkə futbolu
“Qarabağ” Azərbaycanı irəli saldı
Futbol üzrə Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində Norveç “Molde”si ilə qarşılaşan “Qarabağ” Azərbaycanın UEFA reytinqinə 0.250 xal qazandırıb.
Futbolinfo.az xəbər verir ki, 120 dəqiqəsi qolsuz bitən görüşün taleyi penaltilər seriyasında həll olunduğundan hər iki komanda ölkəsinə xal qazandırmağı bacarıb.
Bununla da Azərbaycanın cari mövsümdəki qazancı 1.750-yə çatıb. Ölkəmiz son 5 mövsümün nəticələrinə əsasən 16.125 xal toplayıb.
Kiprdəki matça qədər reytinqdə 26-cı olan ölkəmiz bununla da Rumıniyanı keçib. Bu ölkənin aktivində 15,950 xal var. “Molde”nin uduzmaması Norveçin 24-cü pillədə qalması ilə nəticələnib – 16,250. Əks halda isə Azərbaycan şimallıları da keçə bilərdi.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”