Bizi izləyin

Müsahibə

“Qarabağ” “Bayer”ə də asan təslim olmayacaq”

blank
blank

“Qarabağ”ın sabiq qapıçısı Fərhad Vəliyevin futbolinfo.az saytına müsahibəsi

– “Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsində “Braqa” ilə cavab oyunu olduqca dramatik alındı. Komandamız çətin olsa da, Azərbaycan futbolunda növbəti tarixi uğura imza atmağı bacardı…

– “Braqa” ilə Bakıdakı görüşün çətin olacağını bilirdim, amma bu qədər də həyəcanlı, dramatik keçəcəyini təxmin etmirdim. Düşünürəm ki, oyunun belə həyəcanlı alınması daha da yaxşı, sevindirici oldu.

– Matçın hakimi Georgi Kabakovun idarəçiliyi haqda fikirlər birmənalı deyil. Siz bolqarıstanlı referinin qərarları haqda nə deyə bilərsiniz?

– Hakim ümumi götürəndə pis təsir bağışlamadı. O və köməkçiləri bir ciddi səhvə yol verdilər. “Qarabağ” ikinci topu vurandan sonra əks-hücumda “Braqa”nı yaxaladı, 3-cü qolu vura bilərdi. Yan xətt hakimi həmin epizodda bayrağı qaldırdı. Halbuki o epizodda baş hakim oyunu davam etdirməli idi.

– “Qarabağ” 10 nəfərlə qaldıqdan sonra 2 qol buraxdı. Həmin anda mərhələni keçəcəyimizə inamınız itmişdi?

– İkinci hissənin əvvəlindəcə “Qarabağ” 10 nəfərlə qaldı. Vaxt keçdikcə adam düşünürdü ki, “Braqa” təmsilçimizi sıxacaq. Elə də oldu, 2 qol vurdular. Amma “Qarabağ” öz oyunundan dönmürdü. İmkan olanda hücuma da çıxır, qol epizodları yaradırdı. Oyunun əvvəlindən sonunadək ümidlərimiz böyük idi. Allaha şükürlər olsun, uğurlu nəticə gəldi, komandamız mərhələni adladı.

– Qurban Qurbanovun sonradan meydana buraxdığı futbolçular – Mateus Silva və Nəriman Axundzadə qol vurdular…

– Qurban müəllim bu işi ən yaxşı bilənlərdəndir. “Braqa” ilə birinci oyunu yada salaq, orada ehtiyatdan meydana daxil olan Nəriman təmsilçimizin 5-ci qolunu vura bilərdi. Qismət bu oyuna imiş. Qurban müəllimin əvəzetmələri özünü doğrultdu və meydana çıxan hər iki oyunçu qol vurdu. Nərimanın bizi növbəti mərhələyə daşıyan qolu vurması, doğrudan da, sevindirici haldır.

– “Qarabağ”ın heyətində bu görüşdə ən çox kimi bəyəndiniz?

– “Qarabağ” komanda şəklində yaxşı çıxış etdi. Adam bir oyunçunu seçə bilmir. Çünki hər kəs çalışırdı ki, tərinin son damlasına kimi meydanda canını qoysun. Onu da etdilər. Hamısı bir yerdə mübarizə apardılar. Məşqçilər korpusu da oyunun içində idi. Bunun nəticəsi idi ki, Qurban müəllimə sarı, köməkçisi Elçin Rəhmanova qırmızı vərəqə verildi. Texniki heyət, oyunçular, ehtiyatda oturan futbolçular, bir sözlə, hər kəs matçın içində idi, onun həyəcanını yaşayırdı. Növbəti mərhələyə qazanılan vəsiqədə bütün komandanın zəhməti var.

– Püşk “Qarabağ”a Avroliqanın qrupunda yaxşı tanıdığımız “Bayer”i rəqib etdi. Leverkuzen klubu ilə budəfəki görüşlərdən hansı nəticəni gözləyirsiniz?

– “Qarabağ”ın yaxından tanıdığı rəqibdir. “Bayer” güclü komandadır, həm yaxşı oyun göstərir, həm də çoxlu qol vurur. Almaniya Bundesliqasında liderdir. “Qarabağ”ın bəxtinə çox güclü rəqib düşdü. “Qarabağ”ın qrupdakı oyunları yenidən gözdən keçirərək “Bayer”ə qarşı layiqli mübarizə aparacağına inanıram. İndiki halda şansları “Bayer”in lehinə 60/40 olaraq dəyərləndirirəm. “Bayer” bu cütün favoritidir. Amma “Qarabağ” asan təslim olmayacaq. Qısası, yenə ümidlərimiz var.

CAVAD

Reklam
Şərh et

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Reklam


blank
Dünya futbolu2024-04-16 01:35

“Valensiya”ya bir qol bəs etdi

blank
Dünya futbolu2024-04-16 01:16

“Çelsi”dən 6 cavabsız qol

blank
Dünya futbolu2024-04-16 00:51

Son gündə iki heç-heçə

blank
Dünya futbolu2024-04-15 23:44

“Qalatasaray”dan darmadağın

blank
Müsahibə2024-04-15 22:35

Tellur çempiona qol vurmaqdan məmnundur: “Amma əsas qələbədir”

blank
Dünya futbolu2024-04-15 22:20

Musiala üçün 140 milyon avro

blank
Digər idman növləri2024-04-15 21:37

“Azərreyl”dən birinci oyunda qələbə

blank
Ölkə futbolu2024-04-15 20:58

“Sabah”ın “Qarabağ” üzərində qələbəsi Xorvatiya mediasının gündəmində

blank
Dünya futbolu2024-04-15 20:00

Asensio yenidən Madriddə?

blank
Ölkə futbolu2024-04-15 19:32

Liderdən darmadağın

blank
Digər idman növləri2024-04-15 19:16

Qəzaya uğradı, səhvən başqasının motosiklinə mindi

blank
Digər idman növləri2024-04-15 19:01

Azərbaycanın altı idman gimnastı Dünya Kubokunda iştirak edəcək

blank
Ölkə futbolu2024-04-15 18:47

Son gündə iki heç-heçə

blank
Dünya futbolu2024-04-15 18:32

“Arsenal”ın braziliyalıları Turinə köçə bilər

blank
Digər idman növləri2024-04-15 18:18

Azərbaycan taekvondoçuları Serbiyada iki medal qazanıblar

blank
Digər idman növləri2024-04-15 18:04

Fransa prezidentinin B və C planı

blank
Digər idman növləri2024-04-15 17:50

Yeni rekord – oturub-durmada

blank
Digər idman növləri2024-04-15 17:33

“Azərreyl” yarımfinalın ilk oyununda qələbə qazandı

blank
Ölkə futbolu2024-04-15 17:19

Yunanovun 200-cü oyunu

blank
Premyer-liqa2024-04-15 17:07

“Sabah” 3 qolla 3-cü oldu

blank
Digər idman növləri2024-04-15 16:52

Azərbaycan para-badmintonçuları üçün İspaniya sınağı

blank
Premyer-liqa2024-04-15 16:35

Dörd matçda 1 qol

blank
Müsahibə2024-04-15 16:20

“Sanki özümüz rəqibə 3 top vurmağa icazə verdik”

blank
Digər idman növləri2024-04-15 16:02

Avropa Cüdo Birliyi millimizin Avropa Kubokundakı çıxışını yüksək qiymətləndirib

blank
Digər idman növləri2024-04-15 15:45

Cordanın imzalı ayaqqabıları 482 minə satıldı

blank
Dünya futbolu2024-04-15 15:28

Krivotsyukun komandası səfərdə uduzdu

blank
Dünya futbolu2024-04-15 15:10

“Mançester Yunayted” zərbə altında

blank
Ölkə futbolu2024-04-15 14:52

İcraiyyə Komitəsi nəyi gözləyir?

blank
Digər idman növləri2024-04-15 14:37

Azərbaycan çempionatı keçiriləcək

blank
Digər idman növləri2024-04-15 14:20

Monte-Karlo turnirinin reytinqə təsiri

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm