Ölkə futbolu
“Qarabağ” Belarusda yarımfinala yüksəldi
“Qarabağ”ın U-14 komandası Belarusun paytaxtı Minskdə keçirilən “Naşe Buduşeye” (Bizim Gələcəyimiz) beynəlxalq turnirində yarımfinala yüksəlib.
Futbolinfo.az xəbər verir ki, Asif Əlizadənin baş məşqçisi olduğu komandamız 1/4 finalda “Baltika” ilə görüşüb.
Matçın taleyini bir qol həll edib. 1:0 hesablı qələbə qazanan “Qarabağ” yarımfinala adlayıb.
Komandanın növbəti rəqibi “Pskov” olacaq. Matç sabah keçiriləcək.
U-14 qrup mərhələsində Rusiya təmsilçiləri “Lavina”ya 6:0, “Rotor”a 2:0 hesabı ilə qalib gəlib, ardınca Belarus BATE-si ilə görüşdən xalsız ayrılıb – 0:1.
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Digər idman növləri2024-04-12 00:29
“Anadolu Efes” növbəti mərhələdə
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Milli komanda2024-04-12 18:00
Millinin Gürcüstanla oyunlar üçün heyəti açıqlandı