Ölkə futbolu
“Qarabağ” “Beşiktaş”dan 8 milyon avro istəyir – Juninyo üçün
“Beşiktaş” “Qarabağ”ın hücumçusu Juninyonun transferində israrını davam etdirir.
Futbolinfo.az “fotospor”a istinadən xəbər verir ki, Türkiyə klubu keçidin reallaşması üçün artıq hərəkətə gəlib.
İstanbul nəhənginin idman direktoru Samet Aybaba braziliyalı forvardın komandaya xeyir verəcəyini düşünür. Juninyonun Avropa Liqasının 1/8 final mərhələsində “Bayer”a qarşı oyunda performansına heyran qalan Aybaba klub prezidentinin də icazəsi ilə “Qarabağ”la danışıqlara başlayıb.
Məlumata görə, Azərbaycan çempionu 27 yaşlı qolçusu üçün 8 milyon avro tələb edib. Ancaq “ağ-qaralar” məbləğin yüksək olduğunu düşünürlər. Futbolçunun özü və menecerlərinə təklif göndərən “Beşiktaş” rəhbərliyi “Qarabağ”ın da transfer qiymətində endirimə gedəcəyinə inanır.
Qeyd edək ki, Juninyonun “Qarabağ”la müqavilə müddəti 2026-cı ilin yayına qədərdir.
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Digər idman növləri2024-04-12 00:29
“Anadolu Efes” növbəti mərhələdə
- Premyer-liqa2024-04-12 20:56
“Sumqayıt”la “Zirə”dən heç-heçə
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”