Ölkə futbolu
“Qarabağ” braziliyalı futbolçu transfer edir
“Qarabağ” yeni mövsüm öncəsi növbəti transferini etməyə yaxındır.
Futbolinfo.az xəbər verir ki, Portuqaliyanın “O Jogo” nəşri ölkənin “Şaves” klubunun hücumameyilli yarımmüdafiəçisi Juninyonun Ağdam təmsilçisinə keçəcəyəni yazıb.
“Qarabağ”ın braziliyalı oyunçu üçün yarım milyon avro təzminat ödəyəcəyi vurğulanıb.
Qeyd edək ki, 26 yaşlı Juninyo son üç mövsümdür “Şaves”də oynayır.
Bugünlərdə “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Portuqaliya liqasında çıxış edən futbolçularla danışıqlar apardıqlarını deyib. Amma konkret ad çəkməyib.
Xatırladaq ki, “Qarabağ” bu yay Hamidu Keytanı transfer edib.
- Milli komanda2024-05-08 12:17
Millimizin gələcək baş məşqçisi Bakıya gəlir
- Milli komanda2024-05-06 15:32
Millimizin yoldaşlıq oyununda daha bir rəqibi müəyyənləşdi
- Digər idman növləri2024-05-06 17:45
AVF rəhbərliyi Antalyada milli üzvləri ilə görüşdü
- Milli komanda2024-05-07 14:20
Kunts – AFFA-nın, yoxsa Nəsirovun namizədi?