Ölkə futbolu
“Qarabağ” braziliyalı futbolçu transfer etdi
“Qarabağ” növbəti transferini həyata keçirib.
Futbolinfo.az xəbər verir ki, Azərbaycan çempionu Portuqaliyanın “Santa Klara” klubunun yarımmüdafiəçisi Julio Romao ilə anlaşıb.
24 yaşlı braziliyalı futbolçu dayaq yarımmüdafiəçisi mövqeyində çıxış edir. O, “Partizan”a yollanan Patrik Andradenin yerinə gətirilib.
Artıq Bakıya gələn Romaonun trasnferini “Qarabağ” yaxın vaxtlarda açıqlayacaq. Romaonun “Santa Klara” ilə müqaviləsi 2023-cü ilə qədər olduğundan “Qarabağ” Portuqaliya klubuna transfer pulu ödəyəcək. (Sportinfo)
“Transfermarkt” saytı yarımmüdafiəçinin transfer dəyərini 200 min avro göstərib.
Vətənində “Qoyas”, “Atletiko Parananese” və “Ponte Preta”nın aşağı yaş qrupları üzrə komandalarında oynamış Romao, 2020-ci ilin yayında Portuqaliyaya gələrək “Santa Klara” ilə anlaşıb.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Müsahibə2024-04-10 11:44
Subaşiç “Neftçi” və “Qəbələ”yə görə məyusdur: “Rəhbərlik heyət və məşqçi ilə bağlı qərar verməlidir”
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…